- Xəbər news
- 01:00 22.01.2026
2022-ci ildə “Google”də ən çox axtarış verilən klubların adları açıqlanıb. Corner.az xəbər verir ki, siyahıda “Mançester Yunayted” ilk pillədə yer alıb.
İngiltərə kubunun adı orta hesabla hər ay 28,5 milyon dəfə axtarışa yazılıb. Siyahıda ikinci yeri İspaniya nəhəngi “Real” tutur. Maraqlıdı ki, Türkiyənin 3 klubu “Qalatasaray”, “Fənərbaxça” və “Beşiktaş” da ilk “onluğ”a düşüb.
1. “Mançester Yunayted” (İngiltərə) – orta hesabla hər ay 28,5 milyon axtarış
2. “Real” (İspaniya) – 26,1 milyon
3. “Palmeyras” (Braziliya) – 21,3 milyon
4. “Qalatasaray” (Türkiyə) – 21,2 milyon
5. “Yuventus” (İtaliya) – 19,4 milyon
6. “Fənərbaxça” (Türkiyə) – 16,5 milyon
7. “Beşiktaş” (Türkiyə) – 11,9 milyon
8. “Qremio” (Braziliya) – 10,1 milyon
9. “Barselona” (İspaniya) – 9,3 milyon
10. “Liverpul” (İngiltərə) – 5,1 milyon