22 mart 2026. Bazar günü

Ronaldo Əl-Nəsr'ə keçidi haqda ...


Ronaldo Əl-Nəsr'ə keçidi haqda ...

"Avropadan təkliflər almışdım”. Corner.az xəbər verir ki, bunu  “Əl-Nəsr” klubunun yeni transferi Kriştiano Ronaldo deyib. 37 yaşlı futbolçu təqdimat mərasimində bunları deyib:

“ABŞ, Avstraliya, Braziliya və Portuqaliya klubları mənimlə transfer etmək istəyirdilər amma mən “Əl-Nəsr”ə söz vermişdim.Avropada işim bitdi, orada hər şeyi qazandım. Əl-Nassrda olmaqdan xoşbəxtəm. Səudiyyə Liqasının çox rəqabətli olduğunu bilirəm. Əvvəllər Səudiyyə Ərəbistanı Liqasında çoxlu matçlar izləmişəm. Qərarımın arxasındayam. Mən çoxlu rekordlar qırdım və burada bəzi rekordlar qırmaq istəyirəm.” 

Bildirilir ki, Ronaldo “Əl-Nəsr”lə 2,5 il müddətinə, mövsümdə təxminən 200 milyon avro maaşla müqavilə imzalayıb.

 







Xəbər news