26 may 2026. Çərşənbə axşamı

2022-ci ildə dünyanın ən yaxşı futbolçusu açıqlandı


2022-ci ildə dünyanın ən yaxşı futbolçusu açıqlandı

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) 2022-ci ildə dünyanın ən yaxşı futbolçusunun adını açıqlayıb. Corner.az qurumun saytına istinadən xəbər verir ki, bu ada Argentina millisinin kapitanı Lionel Messi  layiq görülüb.

PSJ-nin hücumçusu səsvermənin nəticəsində bütün rəqiblərini qabaqlayıb. 35 yaşlı oyunçu 275 xalla IFFHS tərəfindən ötən ilin ən yaxşısı elan edilib. Sıralamada ikinci yeri Messinin PSJ-dəki komanda yoldaşı Kilian Mbappe tutub (35 xal).

İlk “beşlik”də fransalı Kərim Benzema (“Real” – 30 xal), xorvatiyalı Luka Modriç (“Real” - 15) və norveçli Erlinq Haland (“Mançester Siti” - 5) da qərarlaşıb.

Qeyd edək ki, IFFHS dünyada ilin ən yaxşı futbolçusu mükafatını 1988-ci ildə yaradıb. Sonradan dayandırılan səsvermə 2020-ci ildən yenidən bərpa olunub. 2020 və 2021-ci ildə bu mükafata polşalı Robert Levandovski layiq görülüb.







Xəbər news

“Bakı Marafonu 2026” yekunlaşdı
  • Xəbər news
  • 16:36 03.05.2026
“Bakı Marafonu 2026” yekunlaşdı