- Xəbər news
- 14:51 08.07.2026
Real'ın futbolçusu Luka Modriç Xorvatiyanın 2018/2019 mövsümü üçün ən yaxşı oyunçusu seçilib.
Corner.az Xorvatiya Futbol Federasiyasının saytına istinadən xəbər verir ki, bununla da o, 7-ci dəfə ölkəsinin ən yaxşısı olub.
Modriç bu mükafatın onun üçün çox vacib olduğunu bildirib. 33 yaşlı futbolçu yeni mövsümdə həm "Real", həm də Xorvatiya millisi ilə uğur qazanmağa çalışacağını bildirib.