“Qarabağ”dan Rusiyanın “Krasnodar” klubuna transfer olan Kadi Borgesin Polşa millisində oynamaq arzusu puç olub. Corner.az xəbər verir ki, bu barədə Polşa mətbuatı məlumat yayıb.
Braziliyalı oyunçu bir müddət əvvəl Polşa Futbol Assosiasiyası ilə milliləşmə məsələsində ortaq məxrəcə gəlmişdi. Hətta sənədlər hazırlanaraq lazımi qurumlara da göndərilmişdi. Kadinin artıq millinin növbəti toplanışa çağırılması gözlənilirdi. Lakin onun Rusiya klubuna keçməsi Polşa yığmasının formasını geyinmək xəyallarının üstündən xətt çəkib. Polşalılar artıq 26 yaşlı hücumameyilli oyunçunun xidmətindən yararlanmaqda maraqlı deyillər.
Qeyd edək ki, Kadi Borges “Krasnodar”la 3,5 illik müqavilə imzalayacaq.