"Barselona”nın prezidenti Joan Laporta Avropa Superliqasının 2025-ci ilə qədər başlaya biləcəyini açıqlayıb. Corner.az xəbər verir ki, 60 yaşlı funksioner, yazda layihə ilə bağlı yeni qərarın veriləcəyini bildirib:
“Yeni qərara əsasən, Bosman qanunu oyunçular kimi, klubları da əhatə edəcək. Turnir açıq olmasaydı, bu layihədə iştirak etməyə razılıq verməzdim. Layihə “Real”, “Yuventus” və hələ üzə çıxmaq istəməyən digər klublar tərəfindən qəbul edilib. Dəyişdirmək istədiyimiz tək şey idarəetmə modelidir və bu, klublara aid olsa da, başqa tərəf kimi UEFA danışıqlar masasına oturmalıdı. Qərar müsbət olsa, Superliqa 2025-ci ilə qədər reallığa çevriləcək”.
Qeyd edək ki, Avropa Superliqası “Barselona”, “Yuventus” və “Real” klublarının birgə yaratdığı layihədi.