- Xəbər news
- 22:11 05.12.2025
UEFA 2018/2019 mövsümü üçün klubların yekun reytinq siyahısını açıqlayıb.
Corner.az xəbər verir ki, reytinq komandaların son 5 mövsümdə Avropa kuboklarında iştirakı əsasında hesablanıb.
Siyahıya yenidən İspaniya "Real Madrid"i başçılıq edir.İkinci yerdə “Barselona”, üçüncü yerdə isə “Bavariya” qərarlaşıb. Azərbaycanın “Qarabağ” klubu “Milan”, “Lester”, “Feyenord” və “Celta” kimi məşhur klublarını qabaqlayaraq siyahıda 70-ci yerdə qərarlaşıb. Azərbaycanın “Qəbələ” klubu 173-cü, “Keşlə” 273-cü, “Neftçi” 274-cü, “Zirə” 275-ci, “Kəpəz” 276-cı yerlərdə qərarşlaşıblar. Reytinqin ilk onluğunda isə həmçinin “Atletiko”, “Yuventus”, “Mançester Siti”, “Sevilya”, “PSJ”, “Arsenal” və “Porto” yer alıblar.