24 oktyabr 2024. Cümə axşamı

Kolumbiyada da stadiona Pelenin adı veriləcək


Kolumbiyada da stadiona Pelenin adı veriləcək
Kolumbiyan;n cənub departamentinin qubernatoru Meta Xuan Gilyermo Zuluaqin FİFA prezidenti Canni İnfantinonun üçqat dünya çempionu Pelenin şərəfinə hər ölkədə ən azı bir stadionun adının dəyişdirilməsi təklifinə cavab verib. Corner.az xəbər verir ki, o, bu təşəbbüsü dəstəklədiklərini deyib:
 
“Biz FİFA-nın təşəbbüsünü dəstəkləyirik. Gənc nəsil dünya futbolunun bu ikonasının kim olduğunu bilməlidir”.
 
Pelenin şərəfinə Vilyavitensio şəhərindəki stadionun adı dəyişdiriləcək. 1958-ci ildə istifadəyə verilən arena 15 min tamaşaçı tuta bilir.
 
Pele 2022-ci il dekabrın 29-da, 82 yaşında yoğun bağırsaq xərçəngindən yaranan fəsadlar səbəbindən vəfat edib.
 
Braziliyalı futbolçu tarixdə yeganə üçqat dünya çempionu olmaqla yanaşı, həm də karyerasında vurduğu qolların sayına görə (1279) rekordun sahibidir.






Xəbər news