Futbol üzrə Argentina milli komandasının hücumçusu Paulo Dibala maraqlı addım ilə gündəmə gəlib. Corner.az xəbər verir ki, 29 yaşlı futbolçu DÇ-2022-də qazandığı qızıl medalı şərəfini qoruduğu “Roma” klubunun muzeyinə bağışlayıb.
O, 2022-ci ilin iyulunda “Yuventus”dan “Roma”ya keçib. Dibala paytaxt təmsilçisinin heyətində İtaliya A Seriyasında 10 oyuna çıxıb, 5 qol vurub və 3 məhsuldar ötürmə edib.
Argentina millisi DÇ-2022-nin finalında Fransanı penaltilər seriyasında məğlub edərək (3:3, penaltilər – 4:2), tarixində üçüncü dəfə dünya çempionatının qalibi olub. Cənubi Amerika təmsilçisi 1978 və 1986-cı illərdə də dünyanın ən güclü komandası adını qazanıb.
Dibala Qətərdə keçirilən futbol üzrə dünya çempionatında 2 oyunda meydanda olub.