24 oktyabr 2024. Cümə axşamı

2022-ci ilin bir oyununda ən çox qol vuran futbolçu


2022-ci ilin bir oyununda ən çox qol vuran futbolçu

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) ötən ilin bir oyunda ən çox qol vuran futbolçularının siyahısını açıqlayıb.

Corner.az xəbər verir ki, Argentina millisinin və İngiltərənin “Mançester Siti” klubunun hücumçusu Xulian Alvares 2022-ci ilin bir oyunda ən çox qol vuran futbolçusu olub.

Lakin o, buna “şəhərlilər”də yox, bu kluba transfer olunduğu “River Pleyt”də imza atıb. Argentinalı hücumçusu Libertadores kuboku çərçivəsində baş tutan “Alyansa Lima” ilə oyunda 6 qol vurmağa nail olub. O, bu görüşün 15, 18, 41, 54, 57, 83-cü dəqiqələrində fərqlənib. Mayın 25-də baş tutan həmin matçda “River Pleyt” 8:1 hesablı qələbəyə sevinib.

Xatırladaq ki, Xulian Alvares yayda “River Pleyt”dən ayrılaraq “Mançester Siti”yə keçib.

Bir oyunda ən çox fərqlənən futbolçuların siyahısında 5 qol vuran 14 futbolçu var. Tam siyahını təqdim edirik:







Xəbər news