“Əl Nəsr”in hücumçusu Kriştiano Ronaldonun bacısı Katya Aveyro sosial şəbəkə hesabında maraqlı paylaşım edib. Corner.az xəbər verir ki, o, qardaşının Səudiyyə Ərəbistanı klubundakı təqdimat mərasimi ilə bağlı belə yazıb:
“Nə gözəl! Kralla lazım olduğu kimi rəftar edilir!”
Portuqaliya ulduz oyunçu “Əl Nəsr”lə 2 illik müqavilə imzalayıb. “Qızıl top”un beşqat qalibinin sözləşməsi 2025-ci ilədək nəzərdə tutulub. 37 yaşlı hücumçunun sponsorluq gəlirləri ilə birlikdə illik qazancının 200 milyon avro olması gözlənilir.