2022-ci ilin ən yaxşı məşqçisinin adına aydınlıq gəlib. Corner.az xəbər verir ki, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) hesablamasına əsasən, Argentina millisinin çalışdırıcısı Lionel Skaloni bu ada layiq olub.
Cənubi Amerika təmsilçisinə geridə qalan ildə dünya çempionluğunu qazandıran 45 yaşlı mütəxəssis 240 xal toplayıb. Qətərdəki DÇ-2022-nin finalında onun komandasının məğlub etdiyi Fransa yığmasındakı həmkarı Didye Deşam ikinci olub.
1. Lionel Skaloni (Argentina) - 240
2. Didye Deşam (Fransa) - 45
3. Valid Reqraqi (Mərakeş) - 30
4. Zlatko Daliç (Xorvatiya) - 20
5. Hajime Moriyasu (Yaponiya) - 15
6-7. Lui Van Qal (Niderland) - 10
Qreqq Berhalter (ABŞ) - 10
8-10. Herve Renar (Səudiyyə Ərəbistanı) - 5
Tite (Braziliya) - 5
Paulo Bento (Cənubi Koreya) - 5