24 oktyabr 2024. Cümə axşamı

Qarabağ'ın futbolçusu 3 komandanı fərqləndirdi


Qarabağ'ın futbolçusu 3 komandanı fərqləndirdi
“Səbail” Azərbaycan çempionatının ən zəif komandasıdır”. Corner.az xəbər verir ki, bunu “Qarabağ”ın monteneqrolu futbolçusu Marko Veşoviç Polşa mətbuatına açıqlamasında yerli “Legiya” ilə yoxlama görüşü keçirən paytaxt klubu haqqında danışarkən deyib.
 
32 yaşlı müdafiəçi Türkiyədəki təlim-məşq toplanışı zamanı sabiq komandası olan Varşava təmsilçisinin düşərgəsini ziyarət edib. Veşoviç Azərbaycan Premyer Liqası ilə bağlı danışarkən turnir cədvəlinin ilk üç pilləsində qərarlaşan “Qarabağ”, “Sabah” və “Neftçi”ni fərqləndirib: “Orada yalnız ilk üç yerdəki komandaların çox pulu var”.
 
“Səbail”lə “Legiya” arasında keçirilən yoxlama görüşü 2:2 hesabı ilə başa çatıb. “Dənizçilər” hazırda Premyer Liqanın turnir cədvəlində sonuncu pillədədir.






Xəbər news