1 fevral 2026. Bazar günü

Messi-Ronaldo qarşılaşması baş tutacaqmı?


Messi-Ronaldo qarşılaşması baş tutacaqmı?

Fransanın PSJ klubu Qətər və Səudiyyə Ərəbistanında baş tutacaq qış hazırlıq planını açıqlayıb. Corner.az xəbər verir ki, Paris təmsilçisi yanvarın 17-də Qətərin paytaxtı Dohaya yollanacaq.

Paris təmsilçisi Dohada iki gün məşq etdikdən sonra Səudiyyə Ərəbistanına gedəcək. Çünki PSJ Ər-Riyadda bu ölkənin iki ən məşhur klubunun – “Əl-Nəsr” və “Əl-Hilal” komandalarının ulduz futbolçularından ibarət kollektivlə üz-üzə gələcək. Oyundan dərhal sonra PSJ Parisə dönəcək.

Xatırladaq ki, “Əl-Nəsr”in heyətində PSJ-yə qarşı yeni transfer Kristiano Ronaldonun da oynaması gözlənilir. Bu səbəbdən onun PSJ-dəki həmkarı Lionel Messi ilə üz-üzə gəlməsi ehtimalı yüksəkdir.

 







Xəbər news

 "Futbol məni ayaqda saxladı!" - VİDEO
  • Xəbər news
  • 13:02 26.12.2025
"Futbol məni ayaqda saxladı!" - VİDEO