22 mart 2026. Bazar günü

Neftçi'yə qarşı mükəmməl keyfiyyətdə oyun olacaq


Neftçi'yə qarşı mükəmməl keyfiyyətdə oyun olacaq

“Vaşaş”ın baş məşqçisi Elemer Kondas komandasının Türkiyədəki təlim-məşq toplanışını dəyərləndirib. Corner.az saytı xəbər verir ki, macarıstanlı mütəxəssis sabah “Neftçi”yə qarşı keçirəcəkləri ilk yoxlama görüşü barədə də fikir bildirib.

60 yaşlı çalışdırıcı deyib ki, bu qarşılaşma komandası üçün yaxşı sınaq olacaq: “Gərgin iş qrafikində futbolçular çox istirahət etmirlər. Məşqlərdə nəyi modelləşdirməyə çalışırıqsa, onu “Neftçi”yə qarşı, daha sonra digər görüşlərdə görmək istəyirik. Düşünürəm ki, Azərbaycandan olan birinci dərəcəli rəqiblə əla keyfiyyətdə oyun gözləmək olar. Bu görüşdə futbolçuların cəmi 45 dəqiqəlik iş yükü olacaq. Hər hissədə fərqli heyət meydana çıxacaq”.

Qeyd edək ki, sabah “Vaşaş”la keçiriləcək oyun “Neftçi”nin Antalyadakı təlim-məşq toplanışında ilk yoxlama görüşü olacaq.







Xəbər news