22 mart 2026. Bazar günü

Buna görə sevinirəm - Səbail'ə qol vuran futbolçu


Buna görə sevinirəm - Səbail'ə qol vuran futbolçu

"Legiya”nın hücumçusu Maçey Rozolek “Səbail”lə keçirilən yoxlama görüşü ilə bağlı fikirlərini bölüşüb. Corner.az xəbər verir ki, 22 yaşlı futbolçu 2:2 hesabı ilə başa çatan görüşdən sonra sevincini gizlətməyib.

Qarşılaşmada Varşava təmsilçisinin hər iki qoluna imza atan Polşanın gənclər millisinin üzvü bu performansını davam etdirmək istədiyini bildirib: “Hələ ki, yoxlama görüşündə qollar vururam. Yenə də “Səbail”lə matçdakı performansıma görə sevinirəm. Ümid edirəm ki, bu qolları çempionatda da davam etdirərəm”.

Qeyd edək ki, Maçey Rozolek Antalyadakı yoxlama görüşünün 48 və 90-cı dəqiqəsində fərqlənib. “Səbail”in heyətində isə 5-ci dəqiqədə Qustavo de Fransa və 83-cü dəqiqədə Mirabdulla Abbasov rəqibi məyus edib.

 







Xəbər news