22 mart 2026. Bazar günü

Beyl'dən şok qərar - karyerasını bitirdi


Beyl'dən şok qərar - karyerasını bitirdi
Uels millisinin və ABŞ-ın “Los Anceles” klubunun futbolçusu Qaret Beyl karyerasını başa vurub. Corner.az xəbər verir ki, bu barədə 33 yaşlı yarımmüdafiəçi sosial şəbəkə hesabında məlumat paylaşıb.
 
Təcrübəli futbolçu çox düşündükdən sonra bu qərara gəldiyini bildirib: "Arzumu reallaşdırdığım və sevdiyim idman növü ilə məşğul olduğum üçün inanılmaz dərəcədə şanslıyam. Həyatımda yeni səhifə açıram. Dəyişiklik və yeni sərgüzəştlər üçün fürsət vaxtıdır”.
 
Beyl karyerası ərzində İngiltərənin "Sauthempton" və "Tottenhem", həmçinin İspaniyanın "Real" komandalarının şərəfini qoruyub. O, "kral klubu" ilə 3 dəfə La Liqa çempionu olub, bir dəfə ölkə kubokunu və super kubokunu qazanıb. Uelsli ulduz UEFA Çempionlar Liqasında da 5 dəfə qələbə sevinci yaşayıb. Onun UEFA super kubokunda iki qələbəsi və dörd klublararası dünya çempionluğu titulu var. Yarımmüdafəçi Uels yığmasında 109 oyuna 41 qol vurub.






Xəbər news