25 noyabr 2024. Bazar ertəsi

Çempionlar Liqasında oynamaq istəyirəm


Çempionlar Liqasında oynamaq istəyirəm
“Neftçi”nin belaruslu hücumçusu Yeqor Boqomolski ölkəsinin mətbuatına açıqlamasında hədəflərindən danışıb. Corner.az xəbər verir ki, 23 yaşlı forvard Çempionlar Liqasında mübarizə aparmaq arzusunu gizlətməyib.
 
Belarus millisinin üzvü gələcəklə bağlı böyük hədəfləri olduğunu bildirib:
 
“Hər bir futbolçu kimi, mən də yaxşı Avropa çempionatında uğur qazanmaq, Çempionlar Liqasında oynamaq istəyirəm. Eyni zamanda milli komanda ilə böyük turnirdə iştirak etmək arzusundayam”.
 
Qeyd edək ki, Yeqor Boqomolski bu mövsüm “Neftçi”nin heyətində Premyer Liqada keçirdiyi 14 oyunda 2 qol vurub.






Xəbər news

 Fatih Terim Bakıya gəlir
  • Xəbər news
  • 22:34 14.11.2024
Fatih Terim Bakıya gəlir