“Neftçi”nin qapıçısı İvan Brkiç klubun televiziyasına açıqlamasında Antalyada keçirilən təlim-məşq toplanışını dəyərləndirib. Corner.az xəbər verir ki, 28 yaşlı qolkiper yaxşı hazırlıq keçdiklərini bildirib.
Xorvatiyalı oyunçu mövsümün ikinci yarısında azarkeşləri sevindirməyə çalışacaqlarını söyləyib:
“Yalnız futbola köklənmək üçün hər cür şəraitimiz var. Çox çalışırıq və bu, əladır. Azarkeşlər bizim 12-ci oyunçumuzdur. Onların bizi tribunadan dəstəkləmələri çox xoşumuza gəlir. Ümid edirəm ki, mövsümün ikinci hissəsində azarkeşləri sevindirəcəyik”.
Qeyd edək ki, “Neftçi” Türkiyədəki hazırlıq çərçivəsində ilk yoxlama görüşünü bu gün Bakı vaxtı ilə saat 18:00-da Macarıstan klubu “Vaşaş”a qarşı keçirəcək.