24 oktyabr 2024. Cümə axşamı

Sumqayıt Rusiya klubu ilə qarşılaşacaq


Sumqayıt Rusiya klubu ilə qarşılaşacaq

“Sumqayıt” Rusiya klubu “Krılya Sovetov”la yoxlama görüşü keçirəcək.

Corner.az xəbər verir ki, bu barədə Samara təmsilçisi rəsmi saytı vasitəsilə məlumat yayıb.

Bildirilib ki, qış təlim-məşq toplanışının ilk mərhələsi üçün Türkiyəyə yollanan Rusiya Premyer Liqa klubu birinci matçını “Sumqayıt”a qarşı keçirəcək. Oyun yanvarın 17-də Antalyada baş tutacaq.

Qeyd edək ki, bu, “Sumqayıt”ın Antalya toplanışında ikinci sınaq görüşü olacaq. Samir Abasovun kollektivi əvvəlcə yanvarın 12-də Macarıstan təmsilçisi “Mezekeveşd”lə üz-üzə gələcək.







Xəbər news