24 oktyabr 2024. Cümə axşamı

Kriştiano Ronaldo Kingdom Tower'də yaşayacaq


Kriştiano Ronaldo Kingdom Tower'də yaşayacaq

Ötən ilin sonunda “Əl-Nəsr” klubu ilə müqavilə bağlayan Kriştiano Ronaldonun Səudiyyə Ərəbistanında harada yaşayacağı bəlli olub. Corner.az xəbər verir ki, 37 yaşlı forvard Ər-Riyaddakı 99 mərtəbəli göydələndə - “Kingdom Tower”də yaşayacaq.

“Daily Mail” nəşrinin yaydığı məlumata görə, Ronaldo paytaxt təmsilçisi ilə müqavilə bağlayandan sonra elit oteldə 17 otaq kirayələyib. Bu məkanda kirayələdiyi otaqlar üçün ayda 280 min avro ödəyəcək portuqaliyalı ulduzun Çin, Yaponiya, Hindistan mətbəxindən faydalana biləcəyi vurğulanıb.

Ronaldonun hələlik buranı bir aylıq sifariş verdiyi də diqqətə çatdırılıb. Bu isə onun qarşıdakı aylarda məşhur göydələni fərqli məkana dəyişməsi ehtimalını artırır.







Xəbər news