XXI əsrin üçüncü onilliyində ən çox qol vuran futbolçular bəlli olub. Corner.az saytı xəbər verir ki, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) onilliyin ilk iki ilinin bombardirlərini açıqlayıb.
Cədvəldə 2021 və 2022-ci illərdə 50 və daha çox qol vuran oyunçular yer alıb. Reytinqə Polşa millisinin kapitanı Robert Levandovski başçılıq edir. “Barselona”nın forvardının iki ildə aktivində 111 qol olub. Onun ən yaxın izləyicisi Kilian Mbappe 107 dəfə fərqlənib.
İlk “10-luğ”a düşə bilməyən ulduz futbolçulardan Məhəmməd Salah (Misir – 67 qol) siyahıda 12-ci, Kriştiano Ronaldo (Portuqaliya - 63) 14-cü, Sadio Mane (Seneqal - 56) 26-cı yeri tutub.
İlk “10-luq” belədi:
1. Robert Levandovski (Polşa) – 111 qol
2. Kilian Mbappe (Fransa) - 107
3. Erlinq Haland (Norveç) - 95
4. Kərim Benzema (Fransa) - 80
5. Harri Keyn (İngiltərə) - 79
6. Lionel Messi (Argentina) - 78
7. Qabriel Barbosa (Braziliya) - 73
8. Məhəmməd Abdel Rahman (Sudan) - 71
9. Mehdi Taremi (İran) - 70
10. Berqson (Braziliya) - 69