24 oktyabr 2024. Cümə axşamı

Tanınmış məşqçi karyerasını başa vurdu


Tanınmış məşqçi karyerasını başa vurdu
İngiltərəli məşqçi Stiv Bryus karyerasını bitirib. Corner.az xəbər verir ki, bu barədə “Daily Mail” nəşri məlumat yayıb.
 
62 yaşlı mütəxəssisin son klubu "Vest Bromviç" olub. O, ötən il bu klubdan ayrılandan bəri işsiz idi.
 
Stiv Bryus məşqçilik karyerası dönəmində ancaq İngiltərədə işləyib. O, müxtəlif vaxtlarda "Nyukasl", “Aston Villa”, “Kristal Pelas", "Sanderlend", "Hall Siti", "Uiqan", "Birmingem Siti” və “Şeffild Uensdey”, “Şeffild Yunayted”, “Haddersfild” kimi klublarda baş məşqçi olub.






Xəbər news