“Sabah”ın rusiyalı baş məşqçisi Murad Musayev ölkəsində “Sport-Express” nəşrinə müsahibə verib. Corner.az saytı xəbər verir ki, 40 yaşlı mütəxəssis Rusiya futbolu üçün darıxmadığını bildirib.
Musayev “Sabah”da işlərinin qaydasında getdiyini əlavə edib: “Rusiya futbolu üçün darıxmıram. İndi bütün diqqətimi komandamın avrokuboklara qatılması üçün işimi yaxşı görməyə ayırmışam. Burada çox şey dəyişdi, irəliyə doğru bir addım atıldı. Bütün bunları sabitləşdirmək vacibdi. Çox iş var, darıxmağa vaxt yoxdu”.
Qeyd edək ki, Murad Musayev 2021-ci ildən “Sabah”ı çalışdırır. Onun komandası hazırda Premyer Liqada 2-ci pillədə yer alır.