“Barselona”nın keçmiş müdafiəçisi və Kinq Liqasının qurucusu Jerar Pike İspaniya La Liqasının rəhbəri Xavyer Tebasın iddialarına cavab verib.
Corner.az xəbər verir ki, 35 yaşlı sabiq futbolçu sosial şəbəkədə ona belə cavab verib:
“Kinq Liqası sirkinə xoş gəlmisiz! Gələn bazar günü bomba gözləyin, böyük partlayış olacaq. Vaxtı izləyin”.
Bildirək ki, Tebas mətbuata verdiyi açıqlamada Pikenin qurucusu olduğu liqanı sirk adlandırmışdı. O, onları futbolla ancaq topu qapıya göndərmələri birləşdirdiyini vurğulamışdı.