24 oktyabr 2024. Cümə axşamı

Neftçi qələbəni əldən verdi


Neftçi qələbəni əldən verdi

Antalyada təlim-məşq toplanışında olan “Neftçi” bu gün ilk yoxlama oyununu keçirib. Corner.az xəbər verir ki, paytaxt təmsilçisi Macarıstanın “Vaşaş” komandası ilə qarşılaşıb. 

“Gloria Golf Club”un stadionunda keçirilən oyunda hesabı “Neftçi” açıb. 24-cü dəqiqədə Kenni Sayef “ağ-qaralar”ı hesabda önə keçirib. Amma macarlar 67-ci dəqiqədə hesabı tarazlaşdırmağı bacarıblar. Oyunda başqa qol vurulmayıb və tərəflər meydandan heç-heçə ilə ayrılıblar.

Belek bölgəsindəki “Gloria Verde Resort” otelində məskunlaşan “Neftçi” Türkiyədə daha 3 yoxlama görüşü keçirməyi planlaşdırır. “Ağ-qaralar” yanvarın 15-də Polşanın “Medz Leqnisa” və Serbiyanın “Baçka Topola”, 19-da isə bu ölkənin məşhur “Srvena Zvezda” klubu ilə qarşılaşacaq.

 







Xəbər news