24 oktyabr 2024. Cümə axşamı

Kişilər Liqası: Finalçılar bəlli oldu


Kişilər Liqası: Finalçılar bəlli oldu
"Kişilər Klubu" Kişilər Liqası çərçivəsində keçirilən çempionatda finalçılar müəyyənləşib.

Corner.Az xəbər verir ki,  hər iki görüş eyni gündə start götürüb. Yanvarın 8-də çempionatın  "Castrol" mövsümündə qarşılaşan komandaların nəticələri aşağıdakı kimidir:

Yarımfinal 
Cəbrayıl FK – Beylimedia 7:1
Zebra Baku  – Galaxy 2:4

Beləliklə,  “Cəbrayıl FK” və  “Galaxy” komandaları rəqibləri üzərində qələbə qazanaraq finalda bir-birlərinə rəqib olub.

Xatırladaq ki, çempionatın Baş sponsoru "Castrol", media dəstəkçisi isə Corner.Az saytıdır.
Qeyd edək ki, Çempionatda 1-ci yer 2000 AZN, 2-ci yer 1500 AZN, 3-cü yerin sahibi komanda isə 1000 AZN məbləğində mükafatlandırılacaq.







Xəbər news