“Azərbaycan klubuna qarşı yaxşı oyun keçirdik”. Corner.az xəbər verir ki, bunu Macarıstanın “Vaşaş” klubunun baş məşqçisi Elemer Kondas deyib.
“Vaşaş” Antalyadakı təlim-məşq toplanışı çərçivəsində dünən “Neftçi” ilə qarşılaşıb.
1:1 hesablı bərabərliklə başa çatan oyunu şərh edən Kondas məqsədinə nail olduğunu bildirib: “Hər iki hissədə işlətdiyimiz elementlər geri qayıtdı. Şadam ki, birinci və ikinci hissədə çoxlu qol imkanları yarada bildik, lakin şanslardan istifadə etməkdə problemlər oldu. Qapıçılarımızın birinci hissədə çox işi olmadı, rəqib yaxşı müdafiə olunurdu. Çox gözəl anlar yaşanan matçdan razı qaldım”.