2022-ci ilin rəmzi “11-liy”i müəyyənləşib. Corner.az xəbər verir ki, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) ötən ilin simvolik komandasını açıqlayıb.
Qurum oyunçuların il ərzində klubda və millidəki çıxışlarını nəzərə alıb.
Qapıçı: Tibo Kurtua (Belçika/“Real”);
Müdafiəçilər: Əşrəf Hakimi (Mərakeş/PSJ), Yoşko Qvardiol (Xorvatiya/“Leypsiq”), Vircil Van Deyk (Niderland/“Liverpul”), Alfonso Deyvis (Kanada/“Bavariya”);
Yarımmüdafiəçi: Luka Modriç (Xorvatiya/“Real”), Kevin De Bruyne (Belçika/“Mançester Siti”), Lionel Messi (Argentina/PSJ);
Hücumçular: Erlinq Haland (Norveç/“Mançester Siti”), Kərim Benzema (Fransa/“Real”), Kilian Mbappe (Fransa/PSJ).