24 oktyabr 2024. Cümə axşamı

Neftçi'ni məğlub edə bilərdik


Neftçi'ni məğlub edə bilərdik
Macarıstanın “Vaşaş” klubunun futbolçusu David Zimonyi “Neftçi” ilə keçirilən yoxlama oyunundan sonra fikirlərini açıqlayıb. Corner.az xəbər verir ki, komandasının bərabərlik qolunu vuran hücumçu Azərbaycan təmsilçisinin də yaxşı çıxış etdiyini bildirib.
 
“İlk oyunumuzla müqayisədə yaxşı oynadıq. Xüsusən də qol vurmağı bacardıq. Biz “Neftçi”nin çox yaxşı güc nümayiş etdirdiyini hiss etdik, lakin hesab edirəm ki, qələbə qazana biərdik” – deyə, Zimonyi bildirib. 
 
Qeyd edək ki, dünən Antalyada baş tutan “Vaşaş” – “Neftçi” görüşü 1:1 hesabı ilə başa çatıb. 






Xəbər news