24 oktyabr 2024. Cümə axşamı

Atletiko'nun sabiq futbolçusu karyerasını bitirdi


Atletiko'nun sabiq futbolçusu karyerasını bitirdi

Braziliya millisinin sabiq futbolçusu Joao Miranda peşəkar karyerasını başa vurub.

Corner.az-ın məlumatına görə, bu barədə 38 yaşlı müdafiəçi özünün tviter səhifəsində yazıb.

"Vaxt gəlib çatdı. Mənə dəstək olan hər kəsə xüsusi təşəkkür edirəm. Çox sağ, futbol!", - deyə təcrübəli oyunçu paylaşımında qeyd edib.

Qeyd edək ki, "San-Paulu"nun heyətində üçqat Braziliya çempionu olan Joao Miranda Madrid "Atletiko"su ilə İspaniya La Liqasını, Kral Kubokunu və Superkubokunu, Avropa Liqasını və UEFA Super Kubokunu qazanıb, həmçinin Çempionlar Liqasının finalında oynayıb. Yığma ilə Amerika Kubokunu da qazanan veteran futbolçu İtaliyada "İnter"in də uğurları üçün çalışıb.







Xəbər news