1 fevral 2026. Bazar günü

Mahir Emreli Dinamo'nun əsas heyət oyunçusu olacaq


Mahir Emreli Dinamo'nun əsas heyət oyunçusu olacaq
Futbol üzrə Azərbaycan millisinin hücumçusu Mahir Emreli cari mövsümün ikinci dövrəsindən etibarən Xorvatiyanın “Dinamo” klubunun əsas heyət oyunçusuna çevriləcək. Corner.az xəbər verir ki, bu barədə Xorvatiya mətbuatı məlumat yayıb.
 
Xəbərdə, Zaqreb klubunun baş məşqçisi Ante Çaçiç 26 yaşlı hücumçu ilə bununla bağlı söhbət etdiyi vurğulanıb. O, Mislav Orşiçin İngiltərənin “Sauthempton” klubuna transferindən sonra həmin mövqedə Emreliyə şans vermək qərarına gəlib. Bu üzdən də Türkiyə klublarından təklif alan azərbaycanlı futbolçu baş məşqçi ilə söhbətdən sonra qalmağa üstünlük verib.
 
Xatırladaq ki, Mahir 2022-ci ilin əvvəlindən forma geyindiyi “Dinamo”da 20 oyuna çıxıb və 5 qol vurub.






Xəbər news

 "Futbol məni ayaqda saxladı!" - VİDEO
  • Xəbər news
  • 13:02 26.12.2025
"Futbol məni ayaqda saxladı!" - VİDEO