5 dekabr 2025. Cümə

Manchester United'ə baş məşqçi lazımdırsa, mən hazıram - Maradona


Manchester United'ə baş məşqçi lazımdırsa, mən hazıram - Maradona
Argentina futbolunun canlı əfsanəsi Dieqo Maradona İngiltərə Premyer Liqasında işləmək istəyir.

Corner.az "FourFourTwo" nəşrinə istinadən xəbər verir ki, 58 yaşlı mütəxəssis "Manchester United"i çalışdırmaq arzusundadır. O, qırmızı-şeytanların sükanı arxasına keçməyə hazır olduğunu deyib: "Əgər "Manchester United"ə baş məşqçi lazımdırsa, mən hazıram. Bilirəm ki, onlar bütün dünyaya forma satırlar. Ancaq titul da qazanmaq lazımdır. Mən bunu edə bilərəm. Bu, mənim sevimli komandamdır".

Qeyd edək ki, hazırda "qırmızı-şeytanlar"ın baş məşqçisi Ole-Qunnar Sulşerdir.





Xəbər news