1 fevral 2026. Bazar günü

Didye Deşam: Zidana həmişə sonsuz hörmətim olacaq


Didye Deşam: Zidana həmişə sonsuz hörmətim olacaq
Futbol üzrə Fransa millisinin baş məşqçisi Didye Deşam Zinəddin Zidan ilə bağlı yaranmış qalmaqala münasibət bildirib. Corner.az xəbər verir ki, o, federasiya prezidenti postundan kənarlaşdırılan Noel Le Qreyin Zidan haqqında dedikləri ilə razılaşmadıqlarını açıqlayıb:
 
“Onun Zidan barədə dedikləri doğru deyildi. Məncə, Zizudan üzr istəməsi yerində atılan addım oldu və xoş qarşılanmalıdır. Futbolda  hazırda elə bir vəziyyət yaranıb ki, sanki Zidanla mən qiyabi rəqabət aparırıq, hətta müxalif fikirlərini yaranmasınıda vurğulaya bilərəm”.
 
Deşam vaxtilə kapitanı olduğu millidə Zidanla birgə yaşadıqlarını xoş hisslərlə xatırlayıb: “Sizi əmin edirəm ki, birgə yaşadıqlarımıza və paylaşdıqlarımıza görə Zizuya həmişə sonsuz hörmətim olacaq. Onun Fransa futbolu üçün etdikləri danılmazdı”.
 
Xatırladaq ki, Le Qrey Zidan haqqında açıqladığı fikirlərə görə ötən gün postundan kənarlaşdırılıb. Futbol ictimaiyyəti Zidanla bağlı təhqiredici fikirlərinə görə onun istefasını tələb edirdi.






Xəbər news

 "Futbol məni ayaqda saxladı!" - VİDEO
  • Xəbər news
  • 13:02 26.12.2025
"Futbol məni ayaqda saxladı!" - VİDEO