22 mart 2026. Bazar günü

Mənim kimi dişi canavar sənin kimilər üçün deyil


Mənim kimi dişi canavar sənin kimilər üçün deyil

Kolumbiyalı müğənni Şakira keçmiş həyat yoldaşı, İspaniyanın “Barselona” klubunun sabiq müdafiəçisi Jerar Pikedən ayrılmasına mahnı həsr edib. Corner.az xəbər verir ki, ötən il boşanmağa qərar verən cütlüyün ayrılmasına Pikenin məşhur müğənniyə xəyanət etməsi iddiası göstərilmişdi.

45 yaşlı müğənni aylar sonra Pikenin bu addımını xüsusi mahnı şəkilində oxuyub. Mahnının sözləri böyük maraqla qarşılanıb:

“Sən çempion olduğunu iddia edirdin, amma sənə çox ehtiyacım olanda, özünün ən pis variantını göstərdin”;

“Ağlayıb yalvarsan da, sənə qayıtmayacağam”;

“Mənim kimi dişi canavar sənin kimilər üçün deyil”;

“Sevgidən nifrətə bir addımdır. Məni dinlə, bura qayıtma. Sən “Ferrari”ni “Twingo”ya, “Rolex”i “Casio”ya dəyişdin".

Xatırladaq ki, Pike ilə Şakira 2022-ci ilin yayında ayrılıb. Onların Milan və Saşa adlı iki övladı var. Bundan az sonra, ötən ilin sonunda Pike futbolçu karyerasını bitirməyə qərar verib.







Xəbər news