25 noyabr 2024. Bazar ertəsi

Azərbaycan komandasından yaxşı oynadıq


Azərbaycan komandasından yaxşı oynadıq

“Azərbaycan komandasından yaxşı oynadıq, topu saxlaya bildik və qol imkanları yaratdıq”.

Corner.az xəbər verir ki, bunu Çexiyanın “Bohemians” klubunun məşqçisi İvan Qaşek Türkiyədəki təlim-məşq toplanışında “Səbail”lə keçirilən yoxlama görüşü barədə danışarkən deyib.

Baş məşqçinin köməkçisi 0:0 hesabı ilə başa çatan matçı komandasının daha yaxşı keçirdiyini bildirib: “İlk 25 dəqiqədə ərazi üstünlüyünə malik idik. Sonra oyun bir qədər bərabərləşdi. Mükəmməl meydançada çıxış etdik və bizim tərəfimizdən uğurlu kombinasiyalar ortaya qoyuldu. Qol vurmaq üçün şanslarımız olsa da, təəssüf ki, onları dəyərləndirə bilmədik. İkinci hissədə də biz daha üstün idik”.

Qeyd edək ki, “Səbail” Antalya toplanışında son oyununu yanvarın 16-da Serbiya klubu “Spartak”a qarşı keçirəcək.







Xəbər news

 Fatih Terim Bakıya gəlir
  • Xəbər news
  • 22:34 14.11.2024
Fatih Terim Bakıya gəlir