24 oktyabr 2024. Cümə axşamı

Turan Tovuz İsveçrə klubuna qalib gəldi


Turan Tovuz İsveçrə klubuna qalib gəldi

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışını davam etdirən “Turan-Tovuz” bu gün növbəti yoxlama oyununda qüvvəsini sınayıb. Corner.az saytı xəbər verir ki, təmsilçimizin ikinci sınaq görüşündəki rəqibi İsveçrənin “Aarau” klubu olub. 

Dörd gün öncə Rumıniyanın “Petrolul” komandasına 2:3 hesabı ilə məğlub olan “Turan-Tovuz” bu gün baxışa çağırdığı kamerunlu futbolçu Erik Ayuku da sınaqdan keçirib.

Qarşılaşma isə Tovuz təmsilçisinin qələbəsiylə yekunlaşıb. Yeganə qolu ilk hissədə Ayxan Hüseynov rəqib qapısından keçirib.

“Turan-Tovuz” - “Aarau” (İsveçrə) 1:0
Qol: Ayxan Hüseynov, 6.

 







Xəbər news