24 oktyabr 2024. Cümə axşamı

Əlcəzair yığmasına 1 qol bəs etdi


Əlcəzair yığmasına 1 qol bəs etdi

Bu gün Əlcəzairdə Afrika Millətlər Kubokuna start verilib. Corner.az xəbər verir ki, 18 ölkənin iştirakı ilə təşkil olunan turnirin açılış oyununda meydan sahibi Əlcəzair yığması Liviya millisi ilə üz-üzə gəlib.

Qarşılaşmanın taleyini bir qol həll edib. Meydan sahibləri 57-ci dəqiqədə vurduqları penalti qolu ilə qələbə qazanıblar.

2009-cu ildən təşkil olunan Afrika Millətlər Kuboku ilk dəfə Əlcəzairdə keçirilir. Qitə birinciliyinə fevralın 4-də keçiriləcək final qarşılaşması ilə yekun vurulacaq.

Afrika Millətlər Kuboku
A qrupu
13 yanvar

Əlcəzair – Liviya 1:0
Qol: Mahius, 57-pen.







Xəbər news