“Neftçi"nin müdafiəçisi Voyislav Stankoviç klubun rəsmi televiziyasına açıqlama verib. Corner.az xəbər verir ki, zədə səbəbindən uzun müddət komandadan ayrı düşən 35 yaşlıfutbolçu vəziyyətin yaxşılığa doğru getdiyini söyləyib:
“Artıq komandaya qoşulmuşam, hazırlıq çox yaxşı gedir. "Sabah"la çempionat oyununa təqribən 2 həftə var. Həmin matça kimi tam hazır olacağımı düşünürəm”.
Serbiyalı müdafiəçi yeni transfer Höccət Haqverdi barədə də fikirlərini bölüşüb. O, yeni müdafiəçinin də Azər Salahlı kimi universal olduğunu bildirib: “Höccət Azərbaycan millisinin üzvüdür. Müdafiə xəttimizə çox kömək edəcək. Həm müdafiənin cinahında, həm də mərkəzində çıxış edə bilir. Düşünürəm ki, bu dəyişikliklərin bizə faydası olacaq”.