1 fevral 2026. Bazar günü

Kəpəz'dən ilk yoxlama oyununda qələbə


Kəpəz'dən ilk yoxlama oyununda qələbə

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışını davam etdirən "Kəpəz" ilk yoxlama oyununu keçirib.

Corner.az-ın məlumatına görə, "sarı-göylər" Macarıstanın "MTK Budapeşt" komandası ilə üz-üzə gəlib.

"Mirakl" təlim bazasının stadionunda oynanılan görüş Gəncə təmsilçisinin minimal hesablı qələbəsi ilə başa çatıb. Yeganə qola 34-cü dəqiqədə Fərid Nəbiyev imza atıb.

Qeyd edək ki, "Kəpəz" Antalyada daha 2 sınaq matçında qüvvəsini sınayacaq. Azərbaycan təmsilçisi yanvarın 16-da Serbiyanın “Novi Pazar”, 18-də isə Qazaxıstanın "Kaysar" klubu ilə üz-üzə gələcək.







Xəbər news

 "Futbol məni ayaqda saxladı!" - VİDEO
  • Xəbər news
  • 13:02 26.12.2025
"Futbol məni ayaqda saxladı!" - VİDEO