24 oktyabr 2024. Cümə axşamı

Benzama: Mənə Ronaldo ilə şəkil lazım deyil


Benzama: Mənə Ronaldo ilə şəkil lazım deyil
 “Real”ın hücumçusu Kərim Benzema vaxtilə komanda yoldaşı olan Kriştiano Ronaldo ilə münasibətindən danışıb. Corner.az “Marka” nəşrinə istinadən xəbər verir ki, fransalı oyunçu “Əl-Nəsr”ə keçən portuqaliyalı ulduzun Səudiyyə Ərəbistanında xoşbəxt olduğunu bildirib. 
 
“Ümid edirəm ki, o, burdada qol vurmağa davam edəcək. Onunla bir yerdə çox oynamışam, amma dost olduğumuzu göstərmək üçün Ronaldo ilə fotoya ehtiyacım yoxdur. Bizə sosial media üçün bu lazım deyil. Həqiqətən də ona salam verməyə vaxtım yox idi. Yəqin ki, İspaniya superkubokunun finalından sonra onunla görüşüb söhbət etmək üçün vaxtım olacaq”.
 
Xatırladaq ki, “Real” – “Barselona” arasında İspaniya Superkuboku uğrunda final oyunu bu gün Əl-Riyaddakı “Kral Fəhd” stadionunda keçiriləcək. Görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.






Xəbər news