24 oktyabr 2024. Cümə axşamı

Neftçi yenə qələbə qazana bilmədi


Neftçi yenə qələbə qazana bilmədi

“Neftçi” Antalyadakı təlim-məşq toplanışı çərçivəsində bu gün növbəti yoxlama oyununa çıxıb. Corner.az xəbər verir ki, paytaxt təmsilçisi ikinci sınağında Polşanın “Medz Leqnisa” klubu ilə qarşılaşıb. 

Bakı vaxtı ilə saat 12:30 startı götürən oyun paytaxt təmsilçisinin məğlubiyyəti ilə yekunlaşıb. İlk yarıda hesabı açmasına baxmayaraq, ikinci 45 dəqiqədə qapısından 2 top görən “ağ-qaralar” meydandan məğlub ayrılıb.

Xatırladaq ki, “Neftçi” ilk yoxlama oyununda “Vaşaş”la (Macarıstan) 1:1 hesablı heç-heçə edib. Növbəti qarşılaşma isə 4 gün sonra Serbiyanın “Srvena Zvezda” klubuna qarşı olacaq.







Xəbər news