26 may 2026. Çərşənbə axşamı

Musayev Azərbaycanda ən yaxşı futbolçunun adını açıqladı


Musayev Azərbaycanda ən yaxşı futbolçunun adını açıqladı
“Kadi Borges “Qarabağ” üçün ciddi itkidir”. Corner.az xəbər verir ki, bunu “Sabah” klubunun baş məşqçisi Murad Musayev deyib. 
 
“Qarabağ”dan ayrılan braziliyalı oyunçunu Azərbaycan çempionatının ən güclü futbolçu hesab edən Musayev, Kadinin özünü ən yaxşı tərəfdən göstərməyi bacardığını bildirib: “Məncə, Kadi Azərbaycan liqasının ən güclü oyunçusudur. “Qarabağ”ın oyunlarında özünü mükəmməl göstərib və onun oyun tərzi “Krasnodar”a yaraşır”.
 
Vaxtilə “Krasnodar”ın baş məşqçisi olmuş Musayev bildirib ki, Borges Rusiyada da öz gücünü göstərə biləcək.






Xəbər news

“Bakı Marafonu 2026” yekunlaşdı
  • Xəbər news
  • 16:36 03.05.2026
“Bakı Marafonu 2026” yekunlaşdı