24 oktyabr 2024. Cümə axşamı

Kişilər Liqası: 'Castrol' mövsümünün qalibi bilindi


Kişilər Liqası: 'Castrol' mövsümünün qalibi bilindi

"Kişilər Klubu" Kişilər Liqası çərçivəsində keçirilən  "Castrol" mövsümünə yekun vurulub.

Corner.Az xəbər verir ki, həlledici matçda "Cəbrayıl" FK "Galaxy" ilə qarşılaşıb. Əsas vaxtda qalib müəyyənləşməyib. Penaltilər seriyasında 11 metrlik zərbələri daha dəqiq olan "Cəbrayıl" FK  "Castrol" mövsümünün qalibi olub.

Bürünc mükafat uğurunda isə "Zebra Baku" "Beylimedia" ilə qarşılaşıb. Üç qolun qeydə alındığı bu görüşdə "Zebra Baku" qalib gələrək "Castrol" mövsümünün üçüncüsü olub.

Final
Cəbrayıl FK - Galaxy 1:1 (pen 4:0)

3-cü yer uğrunda oyun
Zebra Baku - Beylimedya 3:1

Xatırladaq ki, çempionatın Baş sponsoru "Castrol", media dəstəkçisi isə Corner.Az saytıdır.

Qeyd edək ki, Çempionatda 1-ci yer 2000 AZN, 2-ci yer 1500 AZN, 3-cü yerin sahibi komanda isə 1000 AZN məbləğində mükafatlandırılıb.







Xəbər news