24 oktyabr 2024. Cümə axşamı

Neftçi'yə 2 yox, 4 qol vura bilərdik


Neftçi'yə 2 yox, 4 qol vura bilərdik
"Bu gün müdafiə xəttimiz çox yaxşı idi. Üstəlik, çoxlu qol vəziyyətləri yaratdıq”. Corner.az xəbər verir ki, bunu Polşanın “Medz Leqnisa” komandasının baş məşqçisi Qjeqoj Mokre deyib. 
 
Antalyada “Neftçi”yə qarşı keçirdikləri yoxlama oyunundan danışan mütəxəssis bildirib ki, komandası rəqibi topla səhv etməyə məcbur etməyi bacarıb: “2 yox, 4 qol vura bilərdik. Rəqibə qol hədiyyə etdiyimiz üçün təəssüflənirəm. Bu cür səhvləri aradan qaldırmalıyıq ki, növbəti matçlarda bir daha təkrarlanmasın”.
 
Xatırladaq ki, bu oyunun 15-ci dəqiqəsində Ağadadaş Salyanski “ağ-qaralar”ı hesabda önə keçirsə də, 49 və 53-cü dəqiqələrdə fərqlənən Ankelo Henrikes Polşa təmsilçisinə qələbə qazandırıb.






Xəbər news