Antalyada təlim-məşq toplanışında olan “Turan Tovuz”un son yoxlama oyunundakı rəqibi dəyişib.Corner.az xəbər verir ki, bu barədə klub rəsmi saytı vasitəsilə məlumat yayıb.
Bildirilib ki, komanda yanvarın 17-də öncədən nəzərdə tutulduğu kimi, Polşa klubu “Qurnik”lə qarşılaşmayacaq. Əvəzində həmin gün Premyer Liqa təmsilçisi Qazaxıstan “Jetisu”su ilə üz-üzə gələcək.
Qeyd edək ki, “Turan Tovuz” yanvarın 3-dən Antalyada hazırlıq keçir. Komanda orada olduğu müddətdə keçirdiyi yoxlama görüşlərində “Petrolul”a (Rumıniya - 2:3) uduzub, “Aarau”ya (İsveçrə - 1:0) qalib gəlib.