22 mart 2026. Bazar günü

Kəpəz'dən serblərlə qolsuz heç-heçə


Kəpəz'dən serblərlə qolsuz heç-heçə
“Kəpəz” Antalyadakı təlim-məşq toplanışı çərçivəsində bu gün növbəti sınaq matçını keçirib. Corner.az xəbər verir ki, Tərlan Əhmədovun baş məşqçi olduğu komanda Serbiyanın “Novi Pazar” kollektivi ilə üz-üzə gəlib.
 
Bakı vaxtı ilə saat 16:00-da başlayan oyunda qapılara qol vurulmayıb.
 
Qeyd edək ki, gəncəlilər Antalyadalı ilk oyunda Macarıstanın "MTK Budapeşt" komandasını 1:0 hesabı ilə məğlub etmişdi.
 
“Kəpəz” yanvarın 18-də daha bir oyun keçirəcək. Qərb təmsilçisi son sınaq matçında Qazaxıstanın "Kaysar" klubu ilə üz-üzə gələcək.
 
Yoxlama oyunu
16 yanvar
 
Kəpəz – Novi Pazar 0:0
 Antalya, "Atlantis" təlim bazası.






Xəbər news