22 mart 2026. Bazar günü

Səbail Antalyanı məğlub tərk edir


Səbail Antalyanı məğlub tərk edir

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan “Səbail” bu gün yoxlama oyununa çıxıb. Corner.az xəbər verir ki, təmsilçimiz hazırlıq prosesində keçirdiyi son görüşündə Serbiyanın “Spartak” (Subotniça) komandası ilə üz-üzə gəlib.

Oyunda hesabı serbiyalılar erkən qolla açıb. Bu qol matçın taleyini həll edib.

Xatırladaq ki, Şahin Diniyevin baş məşqçisi olduğu komanda daha öncə keçirdiyi hər iki 2 sınaq oyununda  - “Legiya” (Varşava, Polşa) və “Bohemians 1905”la (Çexiya) heç-heçəyə razılaşıb - 2:2, 0:0.

Yanvarın 3-dən qardaş ölkədə hazırlıq keçən “Səbail” sabah Bakıya dönəcək.

Yoxlama oyunu
16 yanvar

“Səbail” – “Spartak” – 0:1







Xəbər news