- Xəbər news
- 22:34 14.11.2024
Argentina millisinin 7 futbolçusu Cənubi Amerikada (KONMEBOL) 2022-ci ilin rəmzi “11-liy”inə düşüb.
Corner.az xəbər verir ki, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) açıqladığı simvolik komandada son dünya çempionunun oyunçularına üstünlük verib.
Simvolik komandada digər 4 yeri Braziliya yığmasının futbolçuları tutub.
Qapıçı: Emiliano Martines (Argentina)
Müdafiəçilər: Kristian Romero, Nikolas Otamendi (hər ikisi Argentina), Tiaqo Silva (Braziliya)
Yarımmüdafiəçi: Enzo Fernandes, Rodriqo de Paul (hər ikisi Argentina), Kasemiro, Neymar (hər ikisi Braziliya)
Hücumçular: Lionel Messi, Julian Alvares (hər ikisi Argentina), Vinisyus Junior (Braziliya)