“Teplitse”nin baş məşqçisi Jiri Yaroşik Antalya toplanışı çərçivəsində “Qəbələ” ilə keçirilən yoxlama görüşünü dəyərləndirib. Corner.az saytı xəbər verir ki, çexiyalı mütəxəssis 2:1 hesabı ilə qalib gəldikləri oyunda komandasının çıxışından razı qalıb.
Çexiyalı mütəxəssis 13-cü dəqiqədə buraxdıqları qola görə məyus olduğunu da vurğulayıb:
“Yaxşı hazırlanmış meydançada güclü rəqiblə qarşılaşdıq. Qələbəni yüksək qiymətləndirirəm. İlk dəqiqələrdə buraxdığımız axmaq qolu nəzərə almasaq, qələbəyə layiq idik”.
Qeyd edək ki, “Qəbələ” Türkiyə toplanışını başa vurub.